General Ərdoğana məxfi görüşdə nələr deyib?

21-02-2017, 15:03           

Ərdoğan FETÖ ilə bağlı 2007-ci ildə xəbərdar edilmişdi.

Axar.az xəbər verir ki, bunu “Habertürk” qəzetinə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş müşaviri Əbdülqadir Özkan söyləyib.

“Xatırlayırsınızsa, Ərdoğan baş nazir olan zaman Dolmabağça sarayında Baş Qərargah rəisi Yaşar Böyükanıtla xüsusi görüş keçirdi. Görüşdə nələrin müzakirə edildiyi açıqlanmadı. Böyükanıt bu görüşdəki müzakirə edilən məsələləri özü ilə məzara aparacağını bildirdi. O görüşdən cəmi bir ay sonra Ümraniyyədə silah-sursat tapıldı. Sonra Poyrazköy hücumu oldu və “Ərgənəkon” prosesi başladı. Məncə, o zaman cənab Böyükanıt FETÖ-nun dövlət, polis, kəşfiyyat və ordu daxilində mühüm nöqtələri ələ keçirməsi haqqında Ərdoğana xəbər vermişdi. 2007-də Ərdoğan bu təşkilatın dövlət daxilindən təmizlənməsi prosesini başladacaqdı. Lakin bir ay sonra orduya aid silahlar, çevriliş gündəlikləri tapıldı. Bu informasiyalar sayəsində cəmiyyətdə fikir yaratdılar. Beləliklə, “Ərgənəkon” prosesinə ictimai dəstək qazandılar. Ordu generalları və ən sonda isə İlkər Başbuğun həbs edilməsindən sonra Ərdoğan nəyinsə yanlış getdiyini anladı. Ondan sonra “Ərgənəkon”un əleyhinə danışmağa başladı. 2011-ci ildə isə o, FETÖ-nun ləğv prosesinə start verdi”, – keçmiş müşavir bildirib.

Qeyd edək ki, Ərdoğanla Böyükanıt arasında görüş 2007-ci ildə keçirilib. Görüşün detalları indiyə qədər ictimaiyyətdən gizli saxlanılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.