Türkiyənin baş naziri Binəli Yıldırım AKP-nin qrup toplantısında çıxışı zamanı dinləyiciləri “bozqurd” işarəsi ilə salamlayıb. Avropa.info xəbər verir ki, Yıldırım çıxışı zamanı ülküçü camiə haqqında xoş sözlər söyləyib. Yıldırım Türkiyədə gözlənilən referendum haqqında danışarkən “ülküçü qardaşlarım, öncə millət vətən dedi” ifadələrindən istifadə edib.