Türkiyə hərbi təyyarələrinin hava zərbələri nəticəsində PKK-nın yüksək vəzifəli şəxslərindən biri öldürülüb - FOTO

26-07-2015, 11:52           

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalındakı PKK düşərgələrinə endirdiyi hava zərbələri nəticəsində terror təşkilatının yüksək vəzifəli şəxslərindən biri öldürülüb.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, ölən şəxsin “Şervan Varto” kod adlı Öndər Arslan olduğu açıqlanıb.

Hava əməliyyatı nəticəsində daha üç PKK terrorçusunun yaralandığı bildirilir.

PKK-nın hərbi qolu olan HPG-nin yüksək vəzifəlilərindən olan Öndər Arslan Türkiyə sərhədinin 10 km-liyində yerləşən Zap və Gare arasındakı Sergele bölgəsinə endirilən zərbələr nəticəsində məhv edilib.

Ö. Arslan PKK-ya 1993-cü ildə qoşulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.