Qardaşı tərəfindən təcavüzə məruz qalan qız həyatına son qoydu
31-07-2015, 16:44
Türkiyədə dəhşətli hadisə baş verib Kütahyanın Domaniç bölgəsində 22 yaşlı Aysun Altay, sevgilisinin silahı ilə özünü vuraraq intihar edib.
Bizimyol.info xəbər verir ki, universitet məzunu olan Aysun sevgilisinin iş yerində katibə kimi işləyirdi.
O, sevgilisinin silahını iş yerindən götürərək yaşadığı evə gedib. Aysun, məktub yazdıqdan sonra intihar edib.
Məktubda deyilir : "Həyatdan və yaşadıqlarımdan bezdim. Qətiyyən arxamca ağlama."
Qeyd edək ki, əvvəllər də biləklərini kəsərək intihara cəhd edən Aysun, qardaşı tərəfindən təcavüzə məruz qalıb. Bu səbəbdən də qardaşı hazırda həbsdədir.