Ağrıyla getdiyi xəstəxanada həyatının şokunu yaşadı

24-03-2018, 00:42           

Konyada 21 yaşlı II kurs tələbə Şerife Şimşek 2 il öncə apendisit ağrısıyla getdiyi həkimdə ürəyi və solda olmalı bəzi orqanlarının sağda olduğunu öyrənib.

Illərdir ürəyinin sağda olduğunu hiss etdiyini bildirən Şimşek: “Ürəyimin sağda olduğunu hiss edirdim, amma buna nə ailəm, nə də başqa biri inandı. Eşidəndə şok oldum” deyib.

Şerife Şimşek Konya Xəstəxanasına gedib. Burada ultramüayinə sonrası Şimşekin ürək, aorta, dalaq və mədəsinin sağda, qaraciyərinin isə solda olduğu ortaya çıxıb. Bu vəziyyətin Şimşekin sağlamlığına təsir edəcək bir problem yaratmadığı da təsdiqini tapıb. Milliyet












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru