Bu şəxslərin pensiyası yenidən hesablandı - Nə qədər artım olacaq? + DETALLAR

23-10-2018, 12:46           
Bu şəxslərin pensiyası yenidən hesablandı - Nə qədər artım olacaq? + DETALLAR
Bu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və hazırda da işləməkdə davam edən 36 minə qədər vətəndaş müraciət edib.

Bu barədə Mia.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindəın bildirilib.

Məlumata görə, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq, onların pensiyalarının yenidən hesablanaraq artırılması təmin olunub, pensiyalarında orta hesabla 140,7 manat artım edilib.

Qeyd olunan maddəyə görə, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə gəlinir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru