Tramp ailəsi bir gündə 6 milyard dollar qazandı

Bu gün, 15:24           
Tramp ailəsi bir gündə 6 milyard dollar qazandı
ABŞ prezidenti Donald Tramp və ailəsi, qurucusu olduqları WLFI adlı kriptovalyutanın ilkin kütləvi satışından sonra bir gündə 6 milyard dollar gəlir əldə edib.

"The Wall Street Journal"ın məlumatına görə, Tramp və oğulları yeni buraxılan tokenlərin təxminən dörddə birinə sahibdirlər. Trampın oğulları Donald Tramp Jr, Erik Tramp və Barron Tramp "World Liberty"nin qurucu tərəfdaşları kimi göstərilib, prezident Tramp isə "fəxri qurucu tərəfdaş" titulu ilə qeyd olunur.

WLFI tokenləri "World Liberty Financial" adı altında bazara çıxarılıb. İndiyədək bu tokenləri alanlar onları dəyişdirə bilməsə də, ilkin satışların bazarda real dəyər formalaşdırmasına imkan verdiyi vurğulanır. Şirkət açıqlayıb ki, qurucu və komanda üzvlərinə məxsus tokenlər kilidli qalır və satıla bilmir.

Tramp ailəsi keçən il seçki kampaniyası zamanı bu layihəni elan edərək "Amerikanı bu dəfə kripto ilə yenidən böyük edəcəyik" şüarı ilə çıxış etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru