Azərbaycanın adı 2500 il əvvəl bu cür olub - Tarixçi

25-10-2018, 08:04           
Azərbaycanın adı 2500 il əvvəl bu cür olub - Tarixçi
İlk dəfə Azərbaycan adı e.ə. VIII əsrə aid mixi yazılı bir kitabədə "Andirpatianu" şəklində qeydə alınıb və Qızıl Özən çayı ətrafındakı torpaqlara verilən addır.

Kult.az xəbər verir ki, bu fikirləri tarixçi Əkbər Nəcəf özünün Feysbuk səhifəsində yazıb. O bildirib ki, e.ə. 550-ci ildə Elam mətinlərində isə Azərbaycan adı "Ha-tar-ba-ad-da" şəklində yer alıb:

"Bu ad e.ə. IV əsrdə Atarapatakan şəklində keçir və eyni ad XIX əsrə qədər süryani mənbələrində dəyişmədən davam edib. Siyasi-coğrafi bir ad olaraq "Atropatena" sözü Atropatena dövlətindən sonra ilk dəfə Eldənizlər Atabəyliyi dövründə istifadə edilib. Eldənizlərin rəsmi adı belə idi: Aran və Azərbaycan Atabəyləri.

Azərbaycan adı bir də 1918-ci ildə siyasi məfhum qazanıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru