"Forbes" dünyanın ən çox gəlirli aktrisasının adını açıqlayıb FOTO

26-10-2018, 07:55           
"Forbes" dünyanın ən çox gəlirli aktrisasının adını açıqlayıb FOTO
Kolumbiyanın aktrisası Sofiya Verqara "Forbes" jurnalı tərəfindən dünyanın ən çox gəliri olan televiziya aktrisası elan edilib.

"Report"un məlumatına görə, bununla bağlı reytinq siyahısı nəşrin saytında dərc edilib.

Jurnalın məlumatına görə, "Amerika ailəsi" komik serialında 2017-ci ilin iyunundan 2018-ci ilin iyununa qədər roluna görə məşhur olan Verqara 42,5 milyon dollara yaxın pul qazanıb. O, bununla 7-ci dəfədir ki, ardıcıl olaraq reytinq siyahısına başçılıq edir.

Siyahıda ikinci yerdə aktrisa Keyli Kuoko qərarlaşıb. Onun gəliri 24,5 milyon dolar qiymətləndirilir.

Jurnalın reytinq siyahısında üçüncü yeri isə 1 ilə 23,5 milyon dollar qazanmış Ellen Pompeo tutub.

Qeyd edək ki, “Forbes” Rusiyanın ən varlı qadınlarının siyahısını açıqlayıb. Inteco Management” şirkətinin prezidenti Yelena Baturina Rusiyanın ən varlı qadını olub. Jurnalının qənaətincə, o, Rusiyanın 25 ən varlı insanı reytinqində ilk yeri tutub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru