"Forbes" milyardlarla dollar itirən varlıların adlarını açıqladı

26-10-2018, 11:29           
"Forbes" milyardlarla dollar itirən varlıların adlarını açıqladı
Səhmlərin azalması, yuanın dəyərdən düşməsi, kredit və ticarət müharibəsi kimi gərginliklər Çində varlıların taleyinə zərbə vurdu.

İnsider.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı yazıb.

Dollarla ən böyük vəsait itirən ötən ilin bir nömrəli zəngin insanı hesab edilən Hui Ka Yan olduğu bildirilir. Qeyd edək ki, onun dollarla itirdiyi məbləğ 11,7 milyard və ya 28%-dir.

Varidatı 34,6 milyard dollar olan "Alibaba" sədri Cek Ma 2014-cü ildən bəri ilk dəfə Çin varlıları arasında birinci pilləyə yüksəlib. Lakin onun büdcəsindəki vəsait ötən illə müqayisədə 4 milyard dollar azdır.

6,2 milyard dollar itkisi olan "Tencent" rəhbəri Ma Huatenq ( Poni Ma kimi də tanınır) varlılar sırasında ikinci yerdə qərarlaşıb.

"S.F Holdinq"-in rəhbəri Vang Vey isə ikinci ən böyük dollar itirən şəxs kimi tanınır. Belə ki, onun itkisi 7,4 milyard dollar və ya 33%-dir.

Buna baxmayaraq texnologiya və e-kommersiya sektoru listdə parlaq yerləri tutur. Belə ki, Uanq Xinq rəhbərlik etdiyi “Meituan” adlı müştərilərə yemək təklif edən tətbiqetməyə görə gəlirini 4,05 milyard dollardan 5,1 milyard dollar qədər artırıb.

Həmçinin "Xiaomi"nin baş icraçı direktoru Ley Cunun hesabındakı pul 6,8 milyard dollardan 11,9 milyard dollara qədər artıb.

Əczaçılıq və sağlamlıq şirkətlərinin maqnatları da güclü performans nümayiş etdirib.

“Jiangsu Hengrui Medicine” şirkətinin baş icraçı direktoru Sun Piaoyanq həyat yoldaşı ilə birgə 10,4 milyard dollar vəsaitə sahibdir. Hazırda sağlamlıq sahəsində 43 yeni ad var ki, bu da ötən illə müqayisədə 3 nəfər çox deməkdir.

Çinin ən varlı şəxslərinə gəlincə, ən yaşlı şəxs 86 yaşlı Lianq Şezenqdir. Onun sərvəti "Quanqdonq" malikanəsidir.

Ən gənc isə 31 yaşlı Uanq Handır. “Juneyao Air” şirkətinin sahibidr.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.