Qubada ərinin əmisi oğlu ilə qaçan gəlinlə bağlı ŞOK FAKT: atası, qaynı, dayısı və əri...

27-10-2018, 08:27           
Qubada ərinin əmisi oğlu ilə qaçan gəlinlə bağlı ŞOK FAKT: atası, qaynı, dayısı və əri...
Quba rayonunda 26 yaşlı oğlanın əmisinin gəlinini qaçırdığı üçün linç edilərək öldürülməsi hadisəsi ilə bağlı bir neçə nəfər həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Tülər kəndində baş vermiş dəhşətli cinayət faktı ilə əlaqədar istintaqa cəlb edilən və ifadələri alınan 60-dan çox şəxsdən 6-sı Quba rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Onların barəsində istintaq müddəti üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Həbs edilərək təcridxanaya göndərilən şəxslər arasında ərinin əmisi oğlu ilə qaçan 25 yaşlı Aynurun atası, dayısı, qayını və əri də var. Aparılan araşdırmaların gedişində həbs edilənlərin sayının artması istisna edilmir.

Bildirilir ki, məlum cinayətdə qaçan gəlinin dayısı da yaxından iştirak edib. Rusiyadan yenicə Azərbaycana qayıdan həmin şəxs baş vermiş cinayətin təşkilatçılarından olub.

Həbs edilən şəxslər Bakıya qaçmış Aynurla Elşadın oğurlanaraq məcburi şəkildə Qubaya gətirilməsində, Tülər kəndində linçetməni təşkil etməkdə və qətldə şübhəli bilinirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.