Hacıqabulda ərlə arvadın intihar təfərrüatı: - "Bacısı evə gələndə görüb ki..."

16-02-2019, 12:40           
Hacıqabulda ərlə arvadın intihar təfərrüatı: - "Bacısı evə gələndə görüb ki..."
Hacıqabulda ərlə arvadın intiharının təfərrüatı məlum olub.

Rayonun Kolanı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Əfsanə Mayılova həyat yoldaşı Sahib Rəsulovun özünü iplə asdığını görəndən sonra intihar edib:

“Əfsanə yetim qızdır, ata-anası yoxdur. Bir bacısı var. Sahibin isə ailəsi var. Onlar ailə qurandan sonra özləri üçün tikdiyi evdə yaşayırdılar. Dünən axşam saatlarında Sahib atası evinə gəlib, heç kimə heç nə demədən özünü tövlədə iplə asıb. Balaca kənddir, qara xəbər tez bir zamanda Əfsanəyə çatıb. Əfsanə də tez qaçaraq qayınatasıgilə gəlib. Sahibin boğazında ipi görən kimi, o da özünü öldürüb. Əfsanə orada dayanmadan birbaş evlərinə gedib və orada özünü asıb. Axşam Əfsanənin bacısı evə gələndə görüb ki, bacısı da intihar edib”.

Sakinlər qeyd ediblər ki, bu cütlük çoxdan ailə qursalar da övladları olmayıb: “İnanmıram ki, Əfsanə Sahibə olan sevgisindən intihar edib. Çox güman, ayrı məsələ var. Ola bilsin, yaxın günlərdə hüquq-mühafizə orqanları bunu araşdıracaq”.

Qeyd edək ki, Hacıqabul rayonunda ərlə arvad özünü öldürüb. Rayonun Kolanı kənd sakini 1982-ci il təvəllüdlü Sahib Zaməddin oğlu Rəsulov yaşadığı evin həyətində özünü ağacdan asaraq öldürüb. Hadisədən bir neçə saat sonra onun həyat yoldaşı, 1984-ci il təvəllüdlü Əfsanə Ənzəli qızı Mayılova da özünü asaraq öldürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru