Alimlər açıqladı: Bu qida xərçəng yaradır

18-02-2019, 08:12           
Alimlər açıqladı: Bu qida xərçəng yaradır
Həddən artıq şəkər istehlak etmək xərçəng xəstəliyinə yoluxmaq riskini artırır.

Axar.az xəbər verir ki, bu qənaətə ABŞ-ın Anderson adına Onkoloji Mərkəzinin alimləri gəlib.

Alimlər siçanlar üzərində təcrübə aparıb. Bəzi heyvanlara Qərb ölkələrində istehlak olunan səviyyədə saxaroza, bəzilərinə isə şəkərsiz nişasta verilib.

Nəticədə alimlər belə qənaətə gəliblər ki, birinci qrupun qanında şəkərin səviyyəsinin artması şişin sürətlə böyüməsinə səbəb olur.

Bundan başqa alimlər yüksək fruktozalı qarğıdalı siropunun siçanların ağciyərlərində metastazlara yol açdığını görüblər.

Alimlər xərçəng, şəkər, ürək xəstəliyi, piylənmə riskini azaltmaq üçün şəkər istehlakını tamamilə azaltmağı tövsiyyə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru