“130 saat işləyirlər, 5 saat kitab oxuyurlar, 6 saat yatırlar...” - Milyarderlərlə sadə insanlar arasındakı 5 fərq

24-02-2019, 18:16           
“130 saat işləyirlər, 5 saat kitab oxuyurlar, 6 saat yatırlar...” - Milyarderlərlə sadə insanlar arasındakı 5 fərq
“Dünyanın ən zəngin insanlarıdır, amma smart telefonları da yoxdur”.
ABŞ-da marketinq sahəsində mütəxəssis olan Sarah Stanley Fallaw yeni bir kitab yayımlayıb. O, bu kitabında ABŞ-da yaşayan 600 milyarderi araşdıraraq onların sadə insanlarla arasındakı fərqi yazıb.

ABŞ-ın məşhur agentliklərindən sayılan “Business Insider” bu kitabı dərindən incələyib və 5 əsas fərqi ortaya qoyub. Araşdırmada yalnız milyarderlər deyil, üst səviyyədə olan idarəçilər və bəzi milyonçuların da adları araşdırılıb.

Musavat.com həmin araşdırma zamanı milyarderlərlə sadə insanlar arasında ortaya çıxarılan 5 fərqi təqdim edir.

Kitab oxumaq
Agentliyin araşdırmasına görə, ən başlıca fərqlərdən biri kitab oxumaqdır. Yazar Stanleyin yazdığı kitabda da qeyd olunur ki, milyarderlər gün ərszində 5-6 saat kitab oxuyurlarsa, sadə insanlar 2 saat oxuyur. Buna misal olaraq Bill Qeytsin dillərə dastan olan kitab kolleksiyasını nümunə göstərmək olar. Varren Buffet də gününün 80 faizini kitab oxumaqla keçirir.


İdman etmək
Hər kəsin bildiyi idman etməyin sağlamlığa faydalarını sadalamağa gərək yoxdur. Məlumatlara görə, milyonerlər həftədə ortalama 6 saat idmanla məşğul olur. “Apple”ın CEO-su Tim Kuk hər gün 04:30-da qalxaraq idmanla məşğul olur. Dünyanın ən ekssentrik milyarderlərindən biri, “Virgin Group”un sahibi Richard Branson da səhərlər tezdən oyanaraq idman edənlər sırasındadır. Dünyanın ən zəngin media rəhbəri sayılan Oprah Winfrey hər gün ən azı 1 saat idmanla məşğul olur.



Sosial mediadan az istifadə
Bir amerikalı həftədə 14 saatını sosial mediada keçirir. Bu da gün ərzində 2 saat deməkdir. Məşhur milyarderlər arasında sosial mediadan az istifadə edilməsini təkidlə söyləyənlər və ümumiyyətlə istifadə etməyənlər də var. Kitabda yer alan məlumatlara görə, milyarderlər sosial mediaya həftədə ortalama 2-3 saat vaxt sərf edirlər. Hətta milyarder Uorren Baffetin smartfon telefonlardan belə, istifadə etmir.


Yuxu
Milyarderlərin ən çox fədarlıq etdikləri məqamlar məhz yuxudur. Onlara görə vaxt daha önəmlidir. Kitabda qeyd olunur ki, milyarderlər sadə insanlar kimi 8 saat deyil, daha az yatmağa üstünlük verir. Kanadalı biznesmen hər kəsin tanıdığı İlon Mask cəmi 6 saat yuxu yatır. “Pepsi Co” şirkətinin qadın baş direktoru İndra Nooyi 5-6 saat yuxu yatır. Bu sıralamaya yuxarıda qeyd etdiymiz Tim Kuk da daxildir.



İşləmək, işləmək yenə də işləmək
Kitabda yer alan məlumatlara görə, zənginlər, milyarderlər digər amerikalılara görə daha çox işləyir. Təxmini rəqəmlərə görə, milyarderlər həftə ərzində 80-100 saat işləyirlər. “Yahoo”nun baş direktoru olmuş sonradan isə “Google”da işləyən Marissa Mayer həftədə 130 saat işlədiyini bəyan etmişdi.

Turan Oruc,
Musavat.com














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.