Zamirə Hacıyeva 16 milyon funt sterlinqi hara xərcləyib?- Sənədlər açıqlandı

29-05-2019, 07:30           
Zamirə Hacıyeva 16 milyon funt sterlinqi hara xərcləyib?- Sənədlər açıqlandı
Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı, 55 yaşlı Zamirə Hacıyevanın Londonu 16 milyon funt sterlinqi necə və hara xərclədiyi bəlli olub.

“Report” xəbər verir ki, bununla bağlı BBC-nin məhkəmədən əldə etdiyi sənədlərdə deyilir.

Qeyd edilir ki, o, əvvəlcə çox ehtiyatla alış-veriş edirmiş – £842 uşaq kitablarına və £140 ətirlərə xərcləyib. Sonra “Cartier” daş-qaş əşyaları dükanına £181, “Miu Miu” dizayner geyimlərinə £1,600 və “Ferragamo” ayaqqabılarına isə £1,539 ödəyib.

2007-ci ildə Zamirə Hacıyeva yenidən “Miu Miu” dükanına gedib və 25 ədəd “American Express” kartlarından £10,616 ödəyib.

Bundan sonra daha bahalı əşyalar almağa başlayıb. “Harrods”da naməlum əşyalara £66,000, “Tom Dixon” dizaynerinin əşyalarına isə £17,000 xərcləyib.

Zamirə Hacıyevanın 10 ildə çox pul xərclədiyi əsas Harrods mağazaları – “Boucheron” daş-qaş dükanı: £3.5 milyon, “Cartier” daş-qaz dükanı: 1.4milyon, “Dennis Basso” (ABŞ dəb dizayneri) dükanı: £402,000, “Sandwich by Tom” – “sendviç” barında: £332,000, “Harrods” ətir kassaları : £160,000.

2008-ci ilin 20 iyununda o, £925 funta paltar və corab alıb. Bundan 63 dəqiqə sonra o, sevimli dükanı olan “Cartier”də £433,389.79 funt sterlinq xərcləyib.

Həmin günün axşamı isə 374 funt sterlinqə “kişi paltarları dizayneri”ndən əşya alıb.

Zamirə Hacıyeva bir neçə gün sonra “Elie Tahari” dizaynerindən £8,387-lik bazarlıq edib və £847 ətir alıb. Həmin ilin 26 iyununda isə lüks saat dükanında üç əşya üçün £17,000 xərcləyib.

Ən maraqlı ödəniş isə 99,000 funt sterlinqdir. Bu məbləğ “Disney”in eksklüziv mağazasında “Bibbidi Bobbidi Boo” kassasında xərclənib. Kimin üçün xərclənməsi məlum olmasa da, Zamirə Hacıyeva “Disney” dükanında həmçinin uşaqlar üçün qız və oğlan şahzadə geyimlərinin bir saatlıq istifadəsinə görə £1,000 ödənilib.

O, həmin gün “Boucheron” daş-qaşı üçün £160,000 ödəyib. Zamirə Hacıyeva pulu təkcə özü üçün deyil, həmçinin hədiyyə də alıb. Bir dəfə o, kişi əşyaları dükanında hədiyyə bağlaması üçün £1,371 ödəyib.

Beləliklə, Z.Hacıyeva 29 sentyabr 2006-cı ildən 14 iyun 2016-cı ilədək “Harrods”-da 16,309,077.87 funt sterlinq xərcləyib və bu pulun 6 milyonu ərinin bankına məxsus 35 kredit kartından xərclənib.

Zamirə Hacıyeva ümumilikdə 54 kredit kartından istifadə edib.

Milli Cinayət Agentliyindən (MCA) Nicola Bartlett deyir ki, ərinin Azərbaycan bankından ailə üzvlərinə heç vaxt geri qaytarılmamış kredit kartları verməsinə dair iddialar fonunda Zamirə Hacıyevanın xərcləri “əhəmiyyətlidir”.

Onun alış-verişləri Azərbaycanda oğurlandığı iddia edilən zamandan bir il sonra, Hacıyevanın Britaniyaya yerləşmək istəyindən sonra başlayıb.

Zamirə Hacıyeva Britaniyada varlı sərmayəçi qismində viza almaq istəyib.

MCA bildirib ki, onun hər hansı gəlirinin olması barədə dəlil tapa bilməyib. Pul ona ərindən və Britaniya banklarında olan depozitlərdən 27000 funt sterlinqdən gələn mənfəətdən gəlib.

O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub, sonra isə ev həbsinə buraxılıb.

Z.Hacıyeva dəfələrlə heç bir yanlış iş etmədiyini, Milli Cinayət Agentliyinə qarşı məhkəməyə şikayət edib.

O, məhkəmədə deyib ki, həyat yoldaşı həbsdə olduğu üçün onlar müdafiə edilə bilməyiblər və buna görə ərinin necə “uğurlu biznesmen” olması və qanuni yollarla pul qazanmasını göstərmək mümkün olmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.