Azərbaycana rəhbərlik edənlərin həyat yoldaşları - TAM SİYAHI

29-05-2019, 21:20           
Azərbaycana rəhbərlik edənlərin həyat yoldaşları - TAM SİYAHI
1918-ci ilin 28 may tarixində Azərbaycanda ilk Respublika qurulub və o tarixdən bugünə kimi Azərbaycan Respublikasının 17 nəfər azərbaycanlı rəhbərlik edib.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikasına rəhbərlik edən 7 nəfərin həyat yoldaşı əslən azərbaycanlı olmayıb, 2 nəfərin həyat yoldaşı barədə isə məlumat yoxdur.

1918-2019-cu illər ərzində Azərabaycana rəhbərlik etmiş şəxslərin həyat yoldaşlarının - birinci xanımların siyahısını təqdim edirik:

1. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin (27 may 2018 - 7 dekabr 2018) iki həyat yoldaşı olub. Birinci həyat yoldaşı milliyətçə azərbaycanlı (əmisi qızı) olan Ümbülbanu Rəsulzadə, ikinci həyat yoldaşı milliyətçə polyak olan Vanda (Leyla Rəsulzadə) olub.

2. Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun (7 dekabr 1918 - 28 aprel 1920) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Pəri Məlikova (Həsən bəy Zərdabinin qızı) olub.

3. Baş nazir Fətəli xan Xoyskinin (28 may 2018 - 14 aprel 2019) həyat yoldaşı milliyətçə rus olan Yevgeniya Vasilevna olub.

4. Baş nazir Nəsib bəy Yusifbəylinin (28 may 2019 - 30 mart 2020) həyat yoldaşı milliyətçə kırım türkü olan Şəfiqə Soltan olub.

5. Azərbaycan SSR Kommunist Partiyası Rəyasət Heyətinin sədri Mirzə Davud Hüseynovun (28 aprel 1920 - 23 iyul 1920) həyat yoldaşı Tamara Xoyskinin anası rus, atası (Fətəli xan Xoyski) azərbaycanlı olub.

6. Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun (30 dekabr 1922 - 19 mart 1925) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Gülsüm Əliyeva olub.

7. Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi Ruhulla Axundovun (5 yanvar 1925 - 21 yanvar 1926) həyat yoldaşı milliyətçə fin olan Frida Şlemova olub.

8. Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi Mir Cəfər Bağırovun (10 dekabr 1933 - 6 aprel 1953) həyat yoldaşı milliyətçə alman olan Yevgeniya Gelman olub.

9. Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi Mir Teymur Yaqubovun (6 aprel 1953 - 17 fevral 1954) həyat yoldaşı barədə məlumat yoxdur.

10. Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi İmam Mustafayevin (17 fevral 1953 - 10 iyul 1959) həyat yoldaşı barədə məlumat yoxdur.

11. Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi Vəli Axundovun (10 iyul 1959 - 14 iyul 1969) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Sona Axundova olub.

12. Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi Heydər Əliyevin (14 iyul 1969 - 3 dekabr 1982) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Zərifə Əliyeva olub.

13. Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi Kamran Bağırovun (3 dekabr 1982 - 21 may 1988) həyat yoldaşı milliyətçə polyak olan Tatyana Valoyeva olub.

14. Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi Əbdürrəhman Vəzirovun (3 dekabr 1982 - 21 may 1988) həyat yoldaşı milliyətçə rus olan Lidiya Baqatinski olub.

15. Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi (25 yanvar 1990 - 14 sentyabr 1991) və Azərbaycanın ilk prezidenti (30 avqust 1991 - 6 mart 1992) Ayaz Mütəllibovun həyat yoldaşı milliyətçə azərbaycanlı olan Adilə Mütəllibova olub.

16. Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin (16 iyul 1992 - 1 sentyabr 1993) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Həlimə Dövlətova olub.

17. Azərbaycan Prezidenti İlham Əliyevin (15 oktyabr 2003 - ...) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Mehriban Paşayevadır.


Allahverdi Cəfərov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.