İranla müharibəyə hazırlaşan ABŞ-ın əsl məqsədi BƏLLİ OLDU - 80 milyon insanı...

31-05-2019, 09:54           
İranla müharibəyə hazırlaşan ABŞ-ın əsl məqsədi BƏLLİ OLDU - 80 milyon insanı...
“Prezident Donald Trampın və baş katib Mayk Pompeonun siyasəti İranın neft satışını sıfıra endirməkdir”.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus deyib.

Həftəlik mətbuat konfransında çıxış edən Ortaqus bildirib ki, bu siyasətdə heç bir ölkəyə güzəşt edilməyəcək: “Bir il öncə çoxları təktərəfli sanksiyaların işə yaramayacağını demişdi, amma yaradı. Çoxları dünyanın ABŞ-ın bu sanksiyalarına boyun əyməyəcəyini söyləmişdi, amma uyğunlaşdılar. Bu məsələdə ən aqressiv münasibət sərgiləyən Avropa şirkətləri və bankları belə İrandan çıxdılar. İrana tətbiq etdiyimiz sanksiyaların bu hökumətin ən böyük uğurlarından biri kimi görürük”.

Qeyd edək ki, ABŞ-la İran arasında rəsmi Tehranın nüvə proqramının genişləndirilməsi üzərində çıxan gərginlik davam edir. Son olaraq ABŞ bölgədəki qüvvələrinə qarşı İrandan gələ biləcək təhlükələrin qarşısını almaq üçün donanmasını və bombardman təyyarələrini göndərmişdi. Tərəflər arasında hərbi münaqişə təhlükəsi hələ də qalmaqdadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.