"Snayperlərimiz hələ fikirləşəcəklər ki, onun çağırışını yerinə yetirsinlər, ya yox..?"

1-06-2019, 07:00           
"Snayperlərimiz hələ fikirləşəcəklər ki, onun çağırışını yerinə yetirsinlər, ya yox..?"
Tutaq ki, biz bir millət olaraq erməni yalanlarına aldandıq, bəs ermənilər bu qədər həyasızlığı və yalanları niyə asanlıqla dünyaya həzm etdirə bilir? Bu məsələdə təkcə pul-paramı rol oynayır? Yoxsa dünyanın bilmədiyi başqa təsiretmə alətləri var bu murdar məxluqlarda?

Moderator.az siyasi analitik, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlıdan suala aşağıdakı cavabı alıb:

"Əlbəttə, erməni tərəfi ordumuzun zabitinin snayperlə vurulmasını boynuna almaz. Ona görə ki, bu olay artıq atəşkəsin pozulması hesab oluna bilər və qarşı tərəfin xeyrinə işləyə bilər. Ermənistan parlamentində nüfuz sahibi olan şəxslərin, məsələn Gagik Tsarukyanın dilindən səsələndirilməsini onlar daha effektiv olacağı düşüncəsi ilə edirlər. O ki, qaldı Dağlıq Qarabağ (ermənilər artıq Artsax olaraq işlədirlər və rəsmən Dağlıq Qarabağın adı dəyişdirilib) məsələsinin həll olunması məsələsinə, artıq biz dəfələrlə ifadə etmişik ki, erməni cəmiyyətində bu belə də qəbul olunur. Onlar məsələni həll etdiklərini düşünürlər.
Dəfələrlə demişik ki, Azərbaycan bu fikrin dəyişməsi üçün heç bir addım atmadığına görə onlar həyasızcasına snayperlə zabitimizi də vururlar və hətta Azərbaycanın bunu özünün etdiyi böhtanını da səsləndirirlər. Bu gün parlamentdə Aydın Mirzəzadə snayperlərimizə təklif edir ki, Paşinyanı vurun. Ay bərəkallah, nə gözəl təklifdi? Özü də bu təklif səngərdə snayperin qulağına deyilmir, MM-də səsləndirilir. Snayperlərimiz hələ fikirləşəcəklər, Aydın müəllimin çağırışını yerinə yetirsinlər, ya yox? Biz belə qeyri - ciddi danışanda ermənilər deputatımızı lağa qoyurlar. Biz isə qəzəblənirik. Qəzəblənib nə edirik? Heç nə...İndi bu durumdayıq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.