ABŞ-ın barmağına doladığı müasir dünya - DƏHŞƏTLİ FAKTLAR
23-02-2016, 16:37
Son dövrlərdə Qərbin qlobal siyasətdə oynadığı rol haqqında fərqli fikirlər səsləndirilir. Bu kontekstdə Avropa İttifaqının gələcək taleyi ilə əlaqədar müxtəlif ssenarilərdən bəhs edilir. Bu məsələnin gündəmə gəlməsi təsadüfi deyil. Uzun illərdir ki, Aİ-nin daxili və xarici siyasətində ziddiyyətlər özünü göstərməkdədir. Lakin təəssüflə deməliyik ki, bu təşkilatın rəsmi şəxsləri yaranmış vəziyyəti obyektiv qiymətləndirib, çıxış yollarını axtarmır, əksinə, müxtəlif regionlara münasibətdə qərəzli və ədalətsiz mövqe tutmaqda davam edirlər. Bu, daha çox postsovet məkanı ölkələri istiqamətində aparılan siyasətdə özünü göstərir. Akademik Ramiz Mehdiyev həmin məsələni geosiyasətin müasir nəzəri-metodoloji prinsipləri prizmasından təhlil edir və bir sıra çox maraqlı yeni ideyalar irəli sürür. Tərəddüd etmədən, akademikin həmin fikirlərini müasir geosiyasətə nəzəri və praktiki töhfə hesab etmək olar. Biz yalnız onlardan bəzilərinin üzərində dayanmağa çalışacağıq.
Müasir geosiyasi nəzəriyyələr və reallıq: Qərbin paradoksları
Akademik Ramiz Mehdiyevin "Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti" adlı məqaləsi nəzəri və tətbiqi xarakterli maraqlı müddəalarla zəngindir (bax: Ramiz Mehdiyev. Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti / AZƏRTAC, 28 oktyabr 2015-ci il). Müəllif müasir geosiyasətin aktual məsələləri işığında SSRİ dağılandan sonra müstəqilliyini bərpa etmiş ölkənin uğurlu siyasi kursunu geniş təhlil edir. Bu problem qlobal miqyasda müşahidə edilən ziddiyyətli proseslər fonunda əlavə aktuallıq kəsb edir. Çünki getdikcə daha mürəkkəb struktur-funksional xüsusiyyətlərə malik olan qlobal geosiyasi dinamika şəraitində uduşlu strateji kurs müəyyənləşdirmək asan deyil. Yaranmış vəziyyətin dərindən təhlili həm də həssas tarixi ekskurslar etməyi, təcrübədən obyektiv və müasir geosiyasi şərtlərə cavab verən nəticələr çıxarmağı tələb edir. Burada vacib məsələlərdən biri də hadisələrə proqnostik-elmi yanaşmanı təmin etməkdən ibarətdir.
Məqalədə analiz çox konstruktiv və yeni elmi metodologiya çərçivəsində aparılır. Bu baxımdan dünyanın qlobal geosiyasi trendləri və onlar arasındakı ziddiyyətli münasibətlərin nəzəri təhlili diqqəti çəkir. Həmin məsələnin işığında Qərb dövlətlərinin həyata keçirdikləri siyasi kursun məzmununda özünü göstərən paradokslar aydın şərh olunur.
Müasir dövrün tanınmış analitikləri və strateqləri hesab edilən Zbiqnev Bjezinski, Samuel Hantinqton, Henri Kissincer, Frensis Fukuyama, Cozef Nay və başqalarının təqdim etdikləri nəzəri modellərlə real geosiyasi proseslər arasındakı uyğunsuzluq olduqca aktual faktorların təhlilinə təkan verir.
Akademik Ramiz Mehdiyev həmin kontekstdə dünyanın ikiqütblü sistemdən birqütblü modelə keçidinin kataklizmlərini konkret müddəalarla oxucuya çatdırır. Bu, mühüm məqamdır. Çünki müxtəlif regionlarda cərəyan edən hadisələrin əsl mahiyyətini başqa formada düzgün dərk etmək imkansızdır.
Belə ki, məhz keçən əsrin 90-cı illərindən başlayaraq Qərbin həyata keçirdiyi yanlış siyasi kurs Balkanlarda və Yaxın Şərqdə sonralar faciəvi proseslərin reallaşmasına zəmin yaratdı. Qeyri-konvensional və hibrid müharibə formaları, "Deyton diplomatiyası"nın "qamçı və qoğal" məntiqinə əsaslanması, "rəngli inqilablar", "ərəb baharı" kimi terminlər həmin yanaşmanın məhsullarıdır.
Daha düşündürücüsü odur ki, bütün bunlar öz təsdiqini (kaş ki, bu təsdiq heç olmayaydı – müəllif) Əfqanıstan, Yuqoslaviya, İraq, Liviya, Suriya, Ukrayna "can verən məkanlarda" tapdı. Günahkarlar isə hələ də dünya siyasətinin səhnəsindədirlər.
Həmin bağlılıqda Cənubi Qafqazda cərəyan edən geosiyasi prosesləri ayrıca vurğulamaq gərəkdir. O cümlədən Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında qalması, təcavüzkara qarşı ciddi addımların atılmaması təsadüfi görünmür. Keçən əsrin 90-cı illərindən bu yana Azərbaycana qarşı terror həyata keçirənlərin cəzalandırılmaması sıradan bir hadisə deyil. Bütün bunların fonunda Dağlıq Qarabağ məsələsinin həlli üçün konkret tədbirlərin görülməməsi, bir sıra hallarda isə işğalçı Ermənistanın himayə edilməsi yuxarıda vurğulanan geosiyasi paradokslar müstəvisində təsadüfi deyil.
Qlobal siyasətin fundamental özəlliklərinin araşdırılması Avropanın siyasi təsisatlarının institusional və funksional problemlərinin xüsusiyyətlərini təhlil etmək imkanını yaradır. Akademik Ramiz Mehdiyev problemin bu aspektinə geniş diqqət yetirir. Məqalədə Aİ-nin yeritdiyi daxili və xarici siyasətlə bağlı maraqlı ümumiləşdirmələr aparılır. Onlar Qərbin ziddiyyətli geosiyasi məntiqinin proqnozlaşdırılan nəticələri kimi təqdim olunur.
Bu xüsusda ikili standartlar, islamofobiya, ksenofobiya, dözümsüzlük kimi anlayışların Qərb siyasi təfəkküründə tutduğu yerin və konkret siyasi fəaliyyətdə oynadığı rolun dolğun analizini qeyd etmək olar Həmin istiqamətdə Azərbaycan alimlərinin tədqiqatlar aparması zərurətini Ramiz Mehdiyevin ayrıca vurğulaması da tam yerindədir. Humanitar sahədə çalışan tədqiqatçılar tərəfindən problemin bu tərəfinin araşdırılmasına böyük ehtiyac vardır.
Aİ məsələsi: tənəzzülün anatomiyası
Avropa İttifaqının keçən müddət ərzində reallaşdırdığı siyasətin əsas prinsiplərinə də bu prizmadan nəzər salmaq lazımdır. Akademik Ramiz Mehdiyev məqaləsində həmin məsələyə xüsusi diqqət yetirir. Aİ-nin hazırda qarşılaşdığı çətinliklərin konkret mənbələri haqqında Qərbin aparıcı ekspertlərinin özləri də kifayət qədər yazıblar (bax: məs., Stephen M. Walt. Does Europe Have A Future? / "Foreign Policy", 16 iyul 2015; Hans Kundnani. Leaving the West Behind. Germany Looks East / "Foreign Affairs", 2015, №1; Алан Кафруни. Двойной кризис Европы: логика и трагедия главенствующего положения Германии в современном мире / "Россия в глобальной политике", 2015, №1 və s.).
Bunlardan başqa, "Startfor" analitik mərkəzinin təsisçisi və icraçı direktoru Corc Fridman, geosiyasi nəzəriyyəyə "yumşaq güc" anlayışını daxil edən Cozef Nay və digər xarici siyasət strateqləri Avropa İttifaqının gələcək taleyi haqqında fərqli proqnozlar verməkdədirlər. Lakin bu o demək deyildir ki, həmin mövzunun təhlilinə ehtiyac yoxdur. Əksinə, Aİ-nin postsovet məkanı istiqamətində həyata keçirdiyi siyasi kursun qlobal geosiyasi proseslərlə regional reallıqların kəsişmə sahəsində analizinə ciddi ehtiyac vardır. Ramiz Mehdiyevin adıçəkilən məqaləsi bu aspektdə son dərəcə əhəmiyyətli yazıdır.
Akademik Avropa İttifaqının hazırkı vəziyyətini və onun mümkün transformasiyalarını konkret müddəalarla təhlil edir. Burada Avropa Birləşmiş Ştatları ideyasının reallaşmasına ciddi şübhələrin olduğunun vurğulanması maraqlıdır. İlk əvvəl "böyük dövlət" modeli kimi nəzərdə tutulan Aİ indi daha çox fraqmentlərə bölünmüş "regional oyunçu" təəssüratı bağışlayır. Bu təşkilat hazırda sistemli böhran yaşayır. Bu, bütün sahələri – siyasi, iqtisadi, mədəni, təhlükəsizlik, ideoloji sferaları – əhatə edir. Onların sırasında islamofobiya, ksenofobiya və fərqli mədəni dəyərlərə dözümsüz yanaşma xüsusi qeyd edilməlidir.
Həmin bağlılıqda son zamanlar dünyanın haqqında çox danışdığı miqrant böhranı Aİ üçün yeni problem kimi qiymətləndirilə bilər. Əslində, bu məsələ birbaşa Aİ-də çoxdan özünü göstərən radikal millətçiliyin, irqçiliyin, ksenofob, xüsusilə də islamofob meyllərin güclənməsi ilə birbaşa əlaqəlidir. Avropanın təcrübəsində bunu təsdiq edən çoxlu sayda misallar vardır. Lakin ötən ilin əvvəlində Parisdə törədilən terror aktları daha ibrətamizdir. Məqsədindən asılı olmayaraq, terrorun istənilən forması birmənalı pislənilməlidir. Çünki bütün hallarda günahsız insanlar həyatını itirir, insanlıq aşağılanır. Fransada həyata keçirilən terror aktlarını qətiyyətlə qınayırıq. Ancaq məsələnin siyasətçilər üçün aktual olan başqa bir tərəfi də var. Məsələ ondan ibarətdir ki, terroru meydana gətirən səbəblər mütləq aradan qaldırılmalıdır. Onların sırasında isə ilk növbədə, "artmaqda olan islamofobiya, Avropada multikulturalizmin böhranı, rəsmi Brüsselin xarici siyasətində ikili standartların xarakterik təzahürləri kimi tendensioz hadisələr" xüsusi vurğulanmalıdır (bax: Ramiz Mehdiyev. Göstərilən məqaləsi, səh.4).
Siyasi-diplomatik fəaliyyətdə isə ikili standartlara son qoyulmalıdır. Ksenofobiya və ya islamofobiya cəmiyyətin mənəvi-əxlaqi dəyərlərini aşılayırsa (psixoloji apatiya, təhrif olunmuş təsəvvürlər və s.), ikili standartlar siyasi səviyyədə ölkələri qarşı-qarşıya qoyur, inamsızlıq yaradır, ədalət hissinin itirilməsinə səbəb olur. Başqalarına tolerantlıq dərsi verməyə cəhd edən Avropa öz daxilində müsəlmanlara qarşı dözümsüz münasibət haqqında susur. Yaxın Şərqdən və Şimali Afrikadan olan miqrantların sıxışdırılması, onların üzünə sərhədlərin bağlanması, qeyri-insani münasibət göstərilməsi çox məqamlardan xəbər verir.
Parisdə terror aktı törədənlərin Fransaya Belçikadan gəldikləri haqqında məlumatlar vardır. Onlar məhz miqrant məsələsinin kəskinləşməsi fonunda cinayət törədiblər. Maraqlıdır ki, Avropa ölkələri öz sərhədlərini qaçqınların üzünə bağlamaqla yanaşı, digər dövlətlərdən onları öz ərazilərində yerləşdirməyi tələb edirlər. Üstəlik, münaqişə zonalarını bombalamaqda davam edirlər. Terrorla bu üsulla mübarizə aparmağın nə dərəcədə səmərəli olduğunu zaman göstərəcək. Ancaq indidən milyonlarla insanın şəxsi faciə yaşadığı inkar edilə bilməz. Təbii ki, onların böyük əksəriyyəti terrorçu deyillər, əksinə, həmin məsələdən ziyan görənlərdir. Bu yol Qərbi haraya aparır?
Bütün bunların fonunda ikili standartlar siyasəti xüsusi mənfi çalarda görünür. Bu baxımdan Avropanın siyasi institutlarının fəaliyyəti bizi daha çox düşündürür. Akademik Ramiz Mehdiyev bu cəhəti məqaləsində çox dolğun və məntiqi təhlil edir. Avropa Parlamenti, ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kimi qurumların fəaliyyəti xeyli suallar yaradır.
Avropa Parlamenti bir sıra məsələlərdə anlaşılmaz və qərəzli mövqe tutur. O cümlədən Azərbaycanla bağlı məsələlərdə bu siyasi strukturun "fəaliyyətini" anlamaq çətindir. Belə ki, ölkə haqqında tez-tez yanlış informasiyalar əsasında silsilə dinləmələr və müzakirələrin təşkil olunması, cəfəng, siyasi motivli qətnamələrin qəbul edilməsi başadüşülən deyil. Məsələn, 2004-cü ildən bu günə qədər "Avropa Parlamenti Azərbaycan barəsində 11 qətnamə qəbul edib, 200-dən çox debat, dinləmə, müzakirə, parlament sorğuları keçirib, bəyannamələr və bəyanatlar imzalayıb (bax: Ramiz Mehdiyev. Göstərilən məqaləsi, s.41-42). Onu vurğulayaq ki, Avropada bəzi dairələrin Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmədiyi sənədlərdən aydın görünür.
Halbuki həmin müddətdə "Gürcüstan barəsində bir qətnamə qəbul edilib, 10-dan az müzakirə aparılıb, bəyannamə, parlament sorğusu və bəyanat qəbul olunub. Ermənistan barəsində də bir qətnamə və 20-dən az bəyanat qəbul edilib, debatlar, parlament sorğuları keçirilib" (bax: Ramiz Mehdiyev. Göstərilən məqaləsi, s.41). Akademik Ramiz Mehdiyev bütün bunların ikili standartlar siyasətinin bariz nümunəsinin olduğunu vurğulayır. Özü də Avropa Parlamentinin təmsilçiləri daha çox Ermənistan və Gürcüstana səfər edir, ancaq Azərbaycanla bağlı məsələləri onlardan bir neçə dəfə çox sayda müzakirələrə çıxarırlar. Sağlam məntiq onu göstərir ki, əslində, tərsinə olmalıdır – Azərbaycana gəlib hər şeyi yerində öyrənmədən onun haqqında hansı əsasla sənəd qəbul etmək olar?
Daha bir məqam Avropa Parlamentinin tərkibinin 2014-cü il seçkisində ciddi surətdə dəyişməsi ilə əlaqəlidir. Həmin seçkidə sağçı radikal qrupların mövqeyi xeyli güclənib. "Fransa, Böyük Britaniya, Avstriya və Danimarkada sağçı radikallar elektoratın əksəriyyətinin etimadını qazanıblar. Fransada Milli Cəbhə 25,6 faiz, Danimarkada miqrasiyanın əleyhdarı olan Xalq Partiyası 26,7 faiz, Böyük Britaniyada isə Aİ-yə qarşı çıxan UKİP partiyası 27,5 faiz səs toplayaraq liderlər qrupunda öz mövqelərini möhkəmlədiblər" (bax: Ramiz Mehdiyev. Göstərilən məqaləsi, s. 24).
Bu gün Avropada tolerantlıq və dözümlülük ənənəsi ciddi böhran keçirir. İnsanlar daim qorxu içində yaşayır. Ötən ilin əvvəlində Parisdə törədilmiş terror aktlarından sonra heç bir günahı olmayan çoxsaylı müsəlmanlara qarşı təqiblər və hədələr Avropa cəmiyyətində dözümsüzlüyün artmasına dəlalət edir.
"Ağıllı qüvvə": Azərbaycan modeli
Məqalədə ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımların yetərli olmadığı da vurğulanır. Avropanın bu təsisatı üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmir. Uzun illərdir ki, problemin aradan qaldırılması ilə əlaqədar müxtəlif sənədlər qəbul edilir, lakin Ermənistandan onlara əməl edilməsi tələbi yoxdur. Azərbaycanın dövlət başçısının dəfələrlə məsələnin bu tərəfinə diqqət çəkməsinə baxmayaraq, ATƏT-dən bir tərpəniş hiss olunmur. Məqalədə ATƏT-in həmin istiqamətdə fəaliyyəti ilə bağlı gətirilən çoxlu sayda nümunələrin qısa təhlili göstərir ki, bu qurum da ikili standartlar mərəzinə tutulub.
Qəribədir ki, postsovet məkanındakı "dondurulmuş münaqişələr", o cümlədən Dnestryanı, Abxaziya, Cənubi Osetiya kimi münaqişələr haqqında ATƏT qəti mövqe nümayiş etdirirsə, Dağlıq Qarabağ məsələsində tərəddüdlərinin sonu yoxdur. Faktiki olaraq Ermənistanın hər cür şıltaqlıqlarına dözürlər. Ermənilər ərazi bütövlüyü prinsipi ilə xalqların öz müqəddəratını təyin etmə hüququ arasında süni manevrlər edir, Brüssel isə passiv müşahidə ilə kifayətlənir. Akademik Ramiz Mehdiyev bu sahədə real vəziyyəti analiz edərək, ermənilərin nə dərəcədə haqsız olduğunu sübuta yetirir (bax: Ramiz Mehdiyev. Göstərilən məqaləsi, s.50-56).
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun əməllərinin təhlilinə də məqalədə geniş yer ayrılıb. Açığı, illərdir ki, Avropa strukturları tərəfindən insan haqları ilə bağlı qərəzli anti-Azərbaycan addımlarının atıldığına adət etmişik. Onlar müxtəlif bəhanələrlə burada gah "siyasi məhbus" axtarır, gah "milli azlıq problemi" icad edir, gah da "söz azadlığının olmaması"ndan dəm vururlar.
Məişət zəminində cinayət törətmiş və ya öz ölkəsinin maraqlarına xəyanət etmiş adamların məsuliyyətə cəlb olunmasını faciə kimi təqdim edirlər. Bu hallar barədə məqalədə tutarlı faktlar göstərilir və onların arxasında duran məqsədlər dolğun surətdə təsvir olunur. Yazıda ATƏT-in adıçəkilən qurumunun başqa ölkələrə münasibəti ilə Azərbaycana qarşı addımlarının müqayisəsi maraqlı nəticələr çıxarmağa imkan verir.
Aydın olur ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu reallıqda Qərbin bəzi dairələrinin və erməni lobbisinin əlində bir alətə çevrilib. Bir vaxtlar Azərbaycandan qovulmuş separatçı Əlikram Hümbətovun Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə tez-tez səfərlər etməsinin arxasında da həmin faktor dayanırmış. Görünür, erməni lobbisinin və digər anti-Azərbaycan dairələrin maraqlarını irəli çəkməyə həddən artıq aludə olanlar rəsmi Bakının qətiyyətli mövqe tutacağını gözləmirdilər. Ancaq Azərbaycan rəhbərliyi həmin təşkilata yerini göstərdi və onun ədalətsiz fəaliyyəti barədə birbaşa fikir bildirdi. Ə.Hümbətova gəldikdə, vətən xainlərinin adı məlumdur. ATƏT-in isə Dağlıq Qarabağ problemini ədalətli həll etmək əvəzinə, Azərbaycanda separatizmi alovlandırmaq niyyəti ayrıca mövzudur. Şübhə yoxdur ki, bu cür münasibət qəbuledilməzdir.
Akademik Ramiz Mehdiyev Avropanın siyasi institutlarının dərin təhlili əsasında Azərbaycan rəhbərliyinin həyata keçirdiyi kursun əsas cəhətlərini bir daha ortaya qoyur. Bu xüsusda o, həm də nəzəri yeniliyə imza atır. Məqalədə Azərbaycanın kənar təsirlərə boyun əyməyərək müstəqil dövlət kimi "ağıllı qüvvə" strategiyasını məxsusi inkişaf yolu kimi həyata keçirdiyi önə çəkilir. Akademik bu məqamın izahını da verir: "Ağıllı qüvvə" dedikdə, ictimai diplomatiyadan bacarıqla istifadə edilməsi, hərbi qüvvə ilə yanaşı, səmərəli iqtisadi üsullarla ölkənin inkişafı nəzərdə tutulur. "Yumşaq" və "sərt" qüvvədən fərqli olaraq "ağıllı kateqoriya" özlüyündə mücərrəd təsir forması deyil, ehtimal ki, o, konkret dilemmanın səmərəli və ən qısa həllini tapmağa imkan verən yanaşmadır" (bax: Ramiz Mehdiyev. Göstərilən məqaləsi, s.73).
Bizcə, Azərbaycan elmində ilk dəfədir ki, bu məsələ konseptual şəkildə gündəmə gətirilir. Bu səbəbdən Ramiz Mehdiyevin həmin müddəasının iki aspektdə aktual olduğunu deməliyik. Birincisi, postsovet məkanında Azərbaycan öz səviyyəsində olan ölkələr sırasında ilk olaraq, adətən, superdövlətlərin istifadə etdiyi konsepsiyanın praktiki tətbiqinə başlayıb. İkincisi, Ramiz Mehdiyev Azərbaycanın humanitar sahədə çalışan alimləri qarşısında vacib məsələ qaldırır: "ağıllı qüvvə" anlayışının geniş təhlilinə ehtiyac var.
Həmin strategiyanın əsasını isə Ulu Öndər Heydər Əliyevin güclü dövlət konsepsiyası təşkil edir. Hazırda Prezident İlham Əliyev onu inkişaf etdirərək, ölkə qarşısında belə bir vəzifə qoyub: "...Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Bu nəyi göstərir? Onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət..." (bax: Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib / "Azərbaycan" qəzeti, 19 mart 2015-ci il).
Yuxarıda vurğulanan məqamların işığında məqalənin aşağıdakı cümələrlə tamamlanması həm simptomatikdir, həm təsdiq, həm də çağırışdır: "Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. Marionetka statusu istisna edilir".
// newtimes.azSon dövrlərdə Qərbin qlobal siyasətdə oynadığı rol haqqında fərqli fikirlər səsləndirilir. Bu kontekstdə Avropa İttifaqının gələcək taleyi ilə əlaqədar müxtəlif ssenarilərdən bəhs edilir. Bu məsələnin gündəmə gəlməsi təsadüfi deyil. Uzun illərdir ki, Aİ-nin daxili və xarici siyasətində ziddiyyətlər özünü göstərməkdədir. Lakin təəssüflə deməliyik ki, bu təşkilatın rəsmi şəxsləri yaranmış vəziyyəti obyektiv qiymətləndirib, çıxış yollarını axtarmır, əksinə, müxtəlif regionlara münasibətdə qərəzli və ədalətsiz mövqe tutmaqda davam edirlər. Bu, daha çox postsovet məkanı ölkələri istiqamətində aparılan siyasətdə özünü göstərir. Akademik Ramiz Mehdiyev həmin məsələni geosiyasətin müasir nəzəri-metodoloji prinsipləri prizmasından təhlil edir və bir sıra çox maraqlı yeni ideyalar irəli sürür. Tərəddüd etmədən, akademikin həmin fikirlərini müasir geosiyasətə nəzəri və praktiki töhfə hesab etmək olar. Biz yalnız onlardan bəzilərinin üzərində dayanmağa çalışacağıq.

// newtimes.az