Putinin “xeyir-duası”nı alan silahlı dəstə- «The New Times» Kadırovun 30 minlik gizli ordusundan yazdı (FOTOLAR)

24-02-2016, 00:40           

«The New Times» Çeçenistan prezidenti Ramzan Kadırovun gizli silahlı dəstəsindən yazıb. Yazı rusiyalı siyasətçi İlya Yaşinin Boris Nemtsovun qətlinin bir illiyinə həsr etdiyi hesabata istinadən hazırlanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hesabatın «Şəxsi ordu» adlı bölməsində həmin dəstənin Rusiya hökumətinə deyil, birbaşa Kadırovun əmrinə tabe olduğu bildirilir.

Qəzet yazır ki, Kadırovun əsgərləri Donbasdakı döyüşlərdə aktiv iştirak edir. Dəstənin 30 min üzvü var. Onların böyük əksəriyyəti formal olaraq Rusiya Silahlı Qüvvələrinin və Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır:

«Onlar federal hökumət orqanlardan asılı deyillər və yalnız Kadırova tabedilər. Kreml təkcə Çeçenistana belə bir imtiyaz verib. Dəstə üzvlərini başlarına qoyduğu yazılı papaqlardan da tanımaq olur. Papaqların üzərində "KRA" yazılıb – "Kadırov Ramzan Axmatoviç." Onların idarə etdikləri avtomobillərin nömrələri də KRA-dır».

Yazıda qeyd olunur ki, dəstədə prezident Kadırovun amnistiyaya saldığı keçmiş separatçılar da yer alır: «Əfv etməklə Kadırov onlara əllərinə yenidən silah götürmək şansı yaradıb. Təbii ki, bütün bunlar onun nəzarəti altında baş verir. Vaxtilə rus ordusu ilə döyüşən bu adamlar həm aldıqları maaşa, həm statuslarına, həm də azadlıqda və sağ olmalarına görə Kadırova borcludurlar».

Dəstə «Ölüm» batalyonunun tərkibində Donbasda ukraynalı əsgərlərə qarşı da döyüşür. Son illər onlar Moskvada da fəallaşıblar: «Çeçenistanda onların əsas vəzifəsi rejimi və «şef»lərini (Kadırovu) qorumaqdır. Onların bir qismi də Kadırova yaxın olan iş adamları və siyasətçilərin mühafizəsini təşkil edir. Aralarında Moskvadakı kriminal «avtoritet»lərə dəstək verənlər də var».
Putinin “xeyir-duası”nı alan silahlı dəstə- «The New Times» Kadırovun 30 minlik gizli ordusundan yazdı (FOTOLAR)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.