Müdafiə Nazirliyindən haqsızlığa etiraz edənlərlə bağlı TAPŞIRIQ

29-06-2021, 18:22           
Müdafiə Nazirliyindən haqsızlığa etiraz edənlərlə bağlı TAPŞIRIQ
Müdafiə Nazirliyi müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Nazirliyin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşanlarla bağlı məlumat yayıb.

Nazirlikdən Reportyor.info ya bildirilib ki, həmin şəxslər qurumun rəsmiləri tərəfindən qəbul edilib.

Görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.

Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.
Teref.az qeyd edir ki, etiraz iştirakçılarının dediyinə görə bu gün onları heç kim qəbul etməyib. Ərizələri 4-5 ay bundan əvvəl və keçən dəfə yazıblar, heç bir nəticəsi yoxdur. Sadəcə baş aldadırlar!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru