Ermənistan vətəndaşları bundan sonra da Xocalıda, Ağdərədə, Xocavənddə POLİS işləyə biləcək?.. - Bu HOQQABAZLIĞA bəlkə son qoyaq...

30-06-2021, 11:11           
 Ermənistan vətəndaşları bundan sonra da Xocalıda, Ağdərədə, Xocavənddə POLİS işləyə biləcək?.. -
Azərbaycanın Yuxarı Qarabağ torpaqlarının Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsində faktiki olaraq hələ də fəaliyyət göstərən separatçı-terrorçu erməni rejiminin qanunsuz “qanunverici orqanı”nın “müdafiə, təhlükəsizlik və asayiş üzrə daimi komissiyası” dünən – iyunun 28-də növbəti iclasını keçirib.

Moderator.az xəbər verir ki, "Armenpress"in yaydığı məlumata görə, komissiya digər düzəlişlər arasında “polis məmurunun eyni vaxtda başqa bir dövlətin vətəndaşı ola biləcəyini də nəzərdə tutan qanun layihəsi”nə yekdilliklə səs verib.

Beləliklə, torpaqlarımızdakı kriminal xuntanın “polis”ində dünyada rəsmən “Artsax respublikası vətəndaşı” anlayışı tanınmadığından əslində faktiki olaraq Ermənistan vətəndaşlığı olan Qarabağ erməniləri ilə yanaşı, “Artsax””vətəndaş”lığını qəbul etmiş Ermənistan erməniləri də işləyə biləcək…
Onsuz da 30 illik işğal dövründə də Yuxarı Qarabağda digər sahələrdə olduğu kimi, "polis"də də Ermənistan vətəndaşları çalışıb. Məsələ bundan sonra bu prosesin qarşısını almaqdır..












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.