Əli Əsədovun dünya şöhrətli alimlə bağlı qərarında səhv - FOTO
30-06-2021, 13:23
Azərbaycan Respublikasının Baş nazir Əli Əsədovun “Görkəmli elm xadimi Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında” qərarda hərf səhvi var.
Bakıvaxtı.az xəbər verir ki, 30 iyun 2021-ci il tarixli, 188 nömrəli qərarda dünya şöhrətli alim Lütfi Zadənin (əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə) adı səhv yazılıb.
Qeyd edək ki, Azərbaycanda nazirlərin və yüksək vəzifəli məmurların dövlət dilimizdə normal danışa bilməməsi dəfələrlə tənqid olunub, sosial şəbəkələrdə lağlağı mövzusuna çevrilib.