Keçmiş MTN başçısı Eldar Mahmudovun oğlu Anarın daha bir cinayət əməli

1-05-2016, 00:28           
Keçmiş MTN başçısı Eldar Mahmudovun oğlu Anarın daha bir cinayət əməli
Bir neçə gün bundan əvvəl biz oxucularımıza Eldar Mahmudovun oğlu Anar Mahmudovun “Akula” ləqəbli Akif Mustafayevlə birgə Yavər Qurbanovun tikinti biznesini məhv etməsindən yazmışdıq. Bu gün isə Anarı sizə bu cinayətkar dəstənin digər səs-küylü cinayət əməlinin iştirakçısı qismində təqdim edəcəyik.

Hər şey ondan başladı ki, nazirin oğlunun diqqətini Nobel prospektində “Günəş” müəssisəsi tərəfindən tikilmiş yeni bina cəlb etdi. 2008-ci ildə sözügedən müəssisə bu 7 mərtəbəli iş mərkəzini istifadəyə vermişdi.

Çox fikirləşmədən Anar tikinti şirkətinin tanımadığı rəhbərliyi ilə görüşmək üçün qohumu Dilavər Mahmudovu yollayır. Dilavər şirkətin rəhbərliyinə başa salır ki, Mahmudovun oğlu iş mərkəzinin bir hissəsini almaq istəyir. Tezliklə tərəflər anlaşırlar ki, Anar bu elit binanın ümumi sahəsi 1000 kvadrat metr olan 5 və 6-cı mərtəbəsini alır.

Amma necə deyərlər, iştaha diş altındadır. Anar da tezliklə öyrənir ki, bina kiçik olmayan bir qiymətə - 1 milyon manata icarəyə verilir. Bu “milyon” məsələsi Mahmudovun diqqətini binadan da çox cəlb edir. Və bu məsələdə onun köməyinə yenə qohumu Dilavər gəlir.

O isə öz növbəsində müəssisə rəhbəri Zülfəli İmaməliyevə hücum çəkir. Mahmudov-Çovdarov başkəsənlərinin işgəncə metodlarından yaxşı xəbəri olan iş adamları, xüsusilə də, söhbət nazirin oğlundan getdiyi zaman, anlayırdılar ki, bunu heç işgəncələri kim özünə arzulamaz.

İmaməliyev uzun müddət müqavimət göstərsə də, təzyiq güclənirdi. Nəticədə, İmaməliyevin səbri tükənir. Binanı bütünlüklə Anar Mahmudova verə bilməzdi, çünki bu onun nəinki biznesinin, eləcə də həyatının sonu demək olardı. Təzyiqlərin mənasızlığını dərk edən Anar və komandası güzəştə gedirlər – onlar iş adamını məcbur edirlər ki, binanın iki mərtəbəsini – 5-ci və 6-cı mərtəbələri Anara bağışlasın. İmaməliyev şərti qəbul edir – başqa çıxış yolu da yox idi. Mülkünün üçdə birini itirmək onu tamamilə itirməkdən daha yaxşıdır.

Yaxın zamanlara kimi həmin iki mərtəbənin icarəsindən gələn 100 min manat hər yarım ildən bir Anar Mahmudova çatdırılırdı. Ola bilsin ki, bu rəqəm kiminçünsə böyük görünsün, amma oğul Mahmudov üçün bu, ümumilikdə qazandığının kiçik bir hissəsi idi.

Ata Mahmudovun cinayətlərinin üstü açılandan və o vəzifədən gedəndən sonra Anarın da biznesi əlindən çıxdı. Bu biznes yarandığı kimi də bir gündə dağıldı.

Hazırda İmaməliyev vaxtilə əlindən alınmış mülkiyyətinin geri qayıtmasına və 7 il ərzində itirdiklərinin kompensasiyasına ümid edir. Hər halda, şirkətin təsisçiləri artıq hüquq-mühafizə orqanlarına müraciət ediblər.virtualaz.orq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.