Fındıq yağının dəriyə təsiri

15-02-2025, 09:08           
Fındıq yağının dəriyə təsiri
Fındıq yağı dərini qidalandıran və qoruyan təbii yağlardan biridir. Foodinfo.az xəbər verir ki, fındıq yağı dərini dərinləşdirilmiş şəkildə nəmləndirir və quru dərilər üçün ideal seçimdir. Tərkibindəki E vitamini və yağ turşuları dərinin elastikliyini artırır. Bu yağ komedogenliyi aşağı olan yağdır, yəni məsamələri tıxamır. Ona görə yağlı və sızaya meyilli dərilər üçün də istifadə oluna bilər. Tərkibindəki E vitamini və flavonoidlər dərini sərbəst radikalların zərərindən qoruyaraq qocalma əlamətlərini gecikdirir. Fındıq yağı təbii SPF xüsusiyyətinə malikdir, yəni günəşin zərərli təsirlərini azaldır. Həmçinin külək və soyuq havanın yaratdığı quruluğa qarşı qoruyucu bir qat yaradır. Antiiltihab xüsusiyyətləri sayəsində həssas və zədələnmiş dərini sakitləşdirir, qızartıları və qaşıntını azaldır. Dərinizə fındıq yağı çəkmədən əvvəl allergiyanızın olmadığını yoxlamaq üçün əvvəlcə kiçik bir bölgədə test etmək daha məqsədəuyğundur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru