Bacısını öldürüb zirzəmidə basdırdı — DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

19-07-2018, 16:29           
Bacısını öldürüb zirzəmidə basdırdı — DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
7 il qabaq bacısını əxlaqsız hərəkətlərinə görə öldürərək basdıran qardaş məhkəmə qarşısına çıxarılacaq.
“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə təqsiləndirilən Hüseynov Aydın Çingiz oğlunun məhkəmə prosesinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırov sədrlik edəcək.

Bu ilin mart ayının sonlarında Goranboyda 2011-ci ildə törədilən qətl hadisəsinin üstü açılıb. 7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.
Araşdırma zamanı məlum olub ki, R. Hüseynova 2011-ci ildə qardaşı - 1985-ci il təvəllüdlü Aydın Hüseynov tərəfindən boğularaq öldürülüb. Daha sonra isə meyiti evin zirzəmisində basdırıb. Qətli törədən A. Hüseynov saxlanılıb.

Məlumata görə, R. Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının həyat tərzi, dəfələrlə xarici ölkələrə getməsi qardaşları tərəfindən narazılıqla qarşılanıb. Deyilənə görə, R. Hüseynova iradlara məhəl qoymayıb, nəticədə 2011-ci ildə qardaşı A. Hüseynov onu boğaraq qətlə yetirib.

R. Hüseynovanın iki qardaş və iki bacısının olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru