ABŞ Oman körfəzində İrana aid silahlar olan gəmi saxladığını iddia edir

5-12-2019, 05:49           
ABŞ Oman körfəzində İrana aid silahlar olan gəmi saxladığını iddia edir
ABŞ-ın hərbi eskadron gəmisi Oman körfəzində İrana aid olduğu bildirilən gəmini saxlayıb. Həmin gəmidə raketlərin hissələrinin olduğu bildirilir.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Reuters” ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, “Forrest Sherman” eskadron gəmisi saxlama əməliyyatını hələ keçən həftə həyata keçirib. ABŞ hərbçiləri gəminin göyərtəsində raketlərin hissələrini aşkar ediblər. Gəminin heyəti Yəmənin sahil mühafizəsinə təhvil verilib, yük isə ABŞ-ın sərəncamındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru