Rusiya prezidenti Vuçiçə Serbiya kralının silahını hədiyyə edib

5-12-2019, 02:57           
Rusiya prezidenti Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Rusiya Prezidenti Vladimir Putin Serbiya Prezidenti Aleksandr Vuçiçə şahzadə və Serbiya kralı Milan Obrenoviçə məxsus silahı hədiyyə edib.

“Report” RİA Novosti-yə istinadən xəbər verir ki, hədiyyələrin içərisində həmçinin Soçi yaxınlığında istehsal olunan şərab da var.

“Rusiya bu il beynəlxalq auksionda satın aldığı Milan Obrenoviçin orijinal silahını mənə hədiyyə etdi. Putinin arzusu onu mənə vermək idi”.

Öz növbəsində Vuçiç İsa peyğəmbərin əksi olan ikonanı Putinə hədiyyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru