Əfqanıstanda İŞİD-in “xəzinədar”ı öldürülüb

1-05-2016, 00:35           
Əfqanıstanda İŞİD-in “xəzinədar”ı öldürülüb
Əfqanıstanın Nanqarxar əyalətində İŞİD terror qruplaşmasının maliyyə və silah təchizatı məsələlərinə nəzarət edən şəxs məhv edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, Rafi əd-Din adlı terrorçu Açin rayonu ərazisində Əfqanıstan Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində məhv edilib. Onunla birlikdə daha 10 terrorçunun öldürüldüyü bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru