ŞOK!!Şimali Koreyada ilk dəfə bank soydular ...

1-05-2016, 23:14           
ŞOK!!Şimali Koreyada ilk dəfə bank soydular ...
AzPolitika.info xarici mənbələrə istinadla xəbər verir ki, tarixdə ilk dəfə olaraq Şimali Koreyada bank qarət olunub. Anonim mənbəyə istinadla «Azad Asiya» radiostansiyasının yaydığı xəbərə görə, basqın günün-günorta çağı baş verib.

Yerli sakinlərin sözlərinə görə, naməlum şəxslər Koreya Xalq Demokratik Respublikası (KXDR) Mərkəzi Bankının (MB) şimal-şərq filialına daxil olaraq, bankın bütün nağd vəsaitini zorla ələ keçiriblər. Basqınçıların əldə etdiyi pulun məbləği təxminən, 70 milyon von (9 min dollara yaxın) təşkil edir.

Xəbərdə deyilir ki, bankın binası əhalinin sıxlıq təşkil etdiyi ərazidə yerləşir və yaxşı mühafizə olunur. Amma basqın anında mühafizəçilər iş yerində olmayıblar.

İstintaq hesab edir ki, soyğunçuların bankda əlbir olduğu şəxslər var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru