ABŞ Ukraynaya daha çox müfəttiş göndərəcək

28-11-2022, 09:05           
ABŞ Ukraynaya daha çox müfəttiş göndərəcək
ABŞ Prezidenti Co Bayden respublikaçıların Ukraynaya hərbi yardımın çatdırılmasına nəzarətin gücləndirilməsi tələbi ilə razılaşır. Lakin o, qorxur ki, ABŞ hərbi müfəttişlərinin Ukraynada fəaliyyətinin genişlənməsi Moskva tərəfindən Vaşinqtonun münaqişədə birbaşa iştirakı kimi qəbul edilə bilər.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" ABŞ administrasiyasının nümayəndələrinə və qanunvericilərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hökumətin icraedici qolu son həftələrdə Ukraynaya silah tədarükünü izləmək səyləri haqqında daha fəal hesabat verməyə başlayıb:

"Administrasiya bu yolla yanvarda işə başlayacaq yeni Nümayəndələr Palatasında səs çoxluğu əldə edən respublikaçıların addımlarını qabaqcadan öyrənməyə çalışır. İndiyə qədər Bayden administrasiyası münaqişənin gərginləşməsindən qorxaraq müfəttişlərin və digər hərbi mütəxəssislərin Ukraynaya daha sıx göndərilməsi tələblərinə qarşı çıxıb"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru