Rusiyanı yanğın dalğası bürüdü…
1-12-2022, 09:04

Kursk vilayətindən sonra Perm vilayətində iri istilik elektrik stansiyasında böyük yanğın baş verib…
Yanğın nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb, 500 nəfər təxliyə edilib…
Rusiyanın Perm vilayətində regionun ən böyük istilik elekrik stansiyasında böyük yanğın baş verib, 500 nəfər təxliyə edilib, ölən və zərərkəçəkənlər var…
Rusiyanın sənaye şəhəri olan Permdə Sənaye küçəsində İES-9-da böyük yanğın baş verib. Yanğın 100 kv metr sahəni əhatə edib.
Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” informasiya agentliyi məlumat yayıb.
“30 noyabr saat 12:58-də İES-9 -da yanğın barədə məlumat daxil olub. Qazan-turbin sexinin dam örtüyü yanıb. Operativ məlumatdır. Hadisə yerində 79 nəfər, 23 vahid texnika işləyir. Yanğın hələ söndürülməyib”, – bu barədə Regional Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Şahidlərin məlumatına görə, stansiyanın bütün ərazisini qatı tüstü burumları bürüyüb.
Ukrayna Daxili İşlər Nazirinin müşaviri Anton Qeraşşenko özünün Telegram-kanalında yazıb ki, noyabrın 29-da bu İES 2022/2023-cü il istilik mövsümündə işə hazır olması barədə pasport alıb. Enerji holdinqinin investisiya proqramı 40 milyard rubl (657 milyon dollar-red.) təşkil edib.
Sonradan yanğının başlanması videosu üzə çixıb. Rusiyanın ASTRA nəşrinin məlumatına görə, yanğın zamanı üç nəfər zərər çəkib, onlardan biri həlak olub, 500 nəfər təxliyə edilib. Yanğının səbəbi açıqlanmır.
Qeyd edək ki, Perm İES nəhəng “Lukoyl-Permneftorqsintez” neft emalı zavodunun yaxınlığında yerləşir.
İstilik elektrik stansiyası Rusiyanın milyardçı Viktor Vekselberq tərəfindən nəzarət edilən “T Plyus” şirkətinə məxsusdur.