İndoneziyanın t100-dən çox tropik adası hərraca çıxarılır

1-12-2022, 00:18           
İndoneziyanın t100-dən çox tropik adası hərraca çıxarılır
ABŞ-ın "Sotheby's" hərrac şirkəti İndoneziyanın 100-dən çox tropik adasının dekabrın 8-dən 14-dək hərraca çıxarılacağını açıqlayıb.
Bakupost.az xarici mətbuata istinadən bildirir ki, adalar "Mərcan Üçbucağı" adlanan bölgədə yerləşir və "Widi Reserve" adlanan mərcan arxipelağına daxildir.
Yer üzündəki ən təmiz mərcan ekosistemlərindən biri olan arxipelaq yüzlərlə nadir və nəsli kəsilməkdə olan, eləcə də hələ də kəşf edilməmiş növlərə ev sahibliyi edir.
Məlumata görə, adalarda ekoloji istirahət zonaları və dəbdəbəli yaşayış yerləri tikiləcək.
İndoneziya qanunları adaların qeyri-İndoneziya vətəndaşlarına satılmasını qadağan etdiyi üçün alıcılar tikinti lisenziyası olan "PT Leadership Islands Indonesia" (LII) şirkətinin səhmləri üçün təklif verəcəklər.
Hərraca bəzi ekoloqlar tərəfindən etiraz edilib. Bundan əlavə, bölgə əhalisi də nəsillər boyu balıqçılıqla dolandıqları üçün adalar satıldıqdan sonra sosial və iqtisadi vəziyyətin pisləşəcəyi barədə narahatdırlar.
Rəsmi açıqlamaya görə, adalar üçün tender prosesi dekabrın 8-də başlayır. Açıqlamada heç bir başlanğıc qiymət qeyd edilməsə də, maraqlananlar yalnız təklif vermək üçün 100 000 ABŞ dolları məbləğində depozit təqdim etməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru