Pelosinin yerinə o seçildi - FOTO

1-12-2022, 08:38           
Pelosinin yerinə o seçildi - FOTO
ABŞ Nümayəndələr Palatasının yeni spikeri məlum olub.

Teref.az xəbər verir ki, yeganə namizəd, Nyu-York nümayəndəsi Hakim Ceffris yeni lider seçilib.

Ceffris ABŞ Konqresinin tarixində Senatda və ya Nümayəndələr Palatasında hər hansı partiyanın lideri vəzifəsinə seçilən ilk qaradərili şəxsdir.

O, 4 avqust 1970-ci ildə Nyu-Yorkun Bruklin bölgəsində anadan olub, 2013-cü ildən Nümayəndələr Palatasının üzvüdür. Uzun müddətdir ki, “Pelosinin varisi” kimi tanınan Ceffris Nümayəndələr Palatasının Ədliyyə və Büdcə Komitələrində çalışıb.

Qeyd edək ki, Nensi Pelosi noyabrın 17-də Nümayəndələr Palatasının əksəriyyətinin respublikaçılara keçməsindən sonra demokratların liderliyinə bir daha namizəd olmayacağını açıqlayıb./Qafqazinfo/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru