Ağ Ev Konqresin Kiyevə dəstək üçün daha 37,7 milyard dollar ayıracağına ümid edir

1-12-2022, 08:19           
Ağ Ev Konqresin Kiyevə dəstək üçün daha 37,7 milyard dollar ayıracağına ümid edir
Ağ Ev ümid edir ki, Konqres Ukraynaya dəstək üçün ABŞ administrasiyasına daha 37,7 milyard dollar ayırmağa razı olacaq”.

“Report” xəbər verir ki, bunu Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi brifinqdə bildirib.

Bundan əvvəl ABŞ administrasiyası Konqresə büdcə sorğusu göndərib və bu sorğuda o, xüsusilə Kiyevə müxtəlif yardımların göstərilməsi üçün daha 37,7 milyard dollar istəyib.

Kirbi bildirib ki, bu məbləğin 21 milyard dolları təhlükəsizlik yardımına və ya Ukraynaya silah tədarükü ilə bağlı Pentaqonun ehtiyatlarının artırılmasına xərclənməsi planlaşdırılır.

“Vəsaitlərin böyük hissəsi həm iqtisadi, həm humanitar, həm də hökumətə yardıma xərclənəcək. ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ Senatının üzvləri ilə büdcə tələbini müzakirə edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru