"Almaniya 7 il əvvəlki miqrasiya böhranına nisbətən daha çox qaçqın qəbul edəcək" - KİV

5-12-2022, 08:03           
"Almaniya 7 il əvvəlki miqrasiya böhranına nisbətən daha çox qaçqın qəbul edəcək" - KİV
Almaniya 2015-ci ildəki miqrasiya böhranına nisbətən daha çox qaçqın qəbul edəcək. "Report" xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti məlumat yayıb.

Proqnozlara əsasən, 7 il bundan əvvəl böhranın pik nöqtəsində 890 min qaçqın qəbul edən ölkədə bu rəqəm 1,2 milyon təşkil edəcək.

Nəşrin məlumatına görə, göstərilən müddət ərzində təkcə Ukraynadan Almaniyaya 1 milyondan çox insan gəlib. Bundan əlavə, oktyabrın sonunadək Suriya, Əfqanıstan, Türkiyə, İraq və digər ölkələrin vətəndaşlarından 181 612 sığınacaq müraciəti daxil olub.

Almaniya Daxili İşlər Nazirliyi bildirib ki, bu il hakimiyyət miqrantların qəbulu və yerləşdirilməsi üçün 3,5 milyard avro ayırıb və 2023-cü ildə daha 2,75 milyard avro ayrılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru