"Masada olmasanız, menyuda olacaqsınız" - Aleksandar Vuçiç

7-12-2022, 00:07           
"Masada olmasanız, menyuda olacaqsınız" -
Albaniyanın paytaxtı Tiranada Aİ-Qərbi Balkan ölkələri Sammiti keçirilib.
Bakupost.az xarici mediaya istinadən bildirir ki, zirvəyə son anda qatılmağa qərar verən Serbiya Prezidenti Aleksandar Vuçiç sessiyadan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Zirvəyə ölkəsinin mövqeyini qorumaq üçün qatıldığını qeyd edən Vuçiç, "Tirana Avropa İttifaqı iderlərinin fikirlərini öyrənmək və Serbiyanın nə düşündüyünü söyləmək üçün gəldim. Süfrə arxasında olmaq hər zaman yaxşıdır. Əks halda, masada yox, menyuda olacaqsan”.
Sammit çərçivəsində Serbiya prezidenti Vuçiçin İtaliyanın baş naziri Giorgia Meloni, Hollandiyanın baş naziri Mark Rutte, Belçikanın baş naziri Aleksander de Kroo və Fransa Prezidenti Emanuel Makronla görüşləri nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru