Peru Prezidenti parlamenti buraxıb, ölkədə fövqəladə vəziyyət elan edib

8-12-2022, 07:57           
Peru Prezidenti parlamenti buraxıb, ölkədə fövqəladə vəziyyət elan edib
Peru Prezidenti Pedro Kastilyo parlamentin buraxıldığını elan edib və ölkədə fövqəladə vəziyyət elan edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciəti zamanı bildirib.

P.Kastilyo hüquqi demokratik dövləti bərpa etmək üçün fövqəladə hökumətin yaradılması barədə qərar qəbul olunduğunu deyib: “Bununla əlaqədar belə qərarlar qəbul edilib: hökumət və parlament müvəqqəti olaraq buraxılsın, fövqəladə hökumət yaradılsın, yeni Konstitusiyanın 9 aydan gec olmayaraq qəbul edilməsi məqsədilə mümkün qədər tez müddət ərzində Konqresə yeni seçkilər keçirilsin”.

O məlumat verib ki, Peruda dekabrın 7-dən etibarən komendant saatı tətbiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru