“Peru ordusunun komandanı istefa verib” - KİV

8-12-2022, 08:09           
“Peru ordusunun komandanı istefa verib” - KİV
Perunun quru qoşunlarının komandanı general Uolter Kordova Aleman istefa verib. “Report” xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.

Bildirilib ki, U.K.Aleman ölkənin müdafiə naziri Qustavo Bobbioya ünvanladığı məktubda şəxsi səbəblərə görə istefa verdiyini qeyd edib. O, dekabrın 6-da istefa verib.

Radiostansiyanın məlumatına görə, Peru hökumətinin bir sıra nazirləri də Prezident Pedro Kastilyonun parlamenti buraxmaq qərarına etiraz olaraq istefa veriblər. Üstəlik, indiyədək müdafiə, ədliyyə və insan haqları, iqtisadiyyat, mədəniyyət, təhsil nazirləri, həmçinin XİN rəhbəri vəzifələrindən gediblər.

Bundan başqa, Perunun BMT-dəki nümayəndəsi də istefa verib. Hökuməti tərk edən nazirlərin fikrincə, Kastilyonun addımları dövlət çevrilişinə cəhd kimi qiymətləndirilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru