Kiyev merindən HƏYƏCAN TƏBİLİ: “Bu qış istilik, su və qazsız qala bilərik”
8-12-2022, 09:42
Ukraynanın paytaxtı Kiyev bu qış su, istilik və işıqsız qala bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko “Reuters”ə müsahibəsində bildirib.
“Kiyev elektrik, su və istilik təchizatını itirə bilər. Aşağı temperatur səbəbindən evlərdə yaşamaq mümkün olmayanda isə şəhərdə Hollivud filmindəki kimi, “Apokalipsis” baş verə bilər”, - deyə Kliçko qeyd edib.
Kliçkonun sözlərinə görə, hazırda şəhəri boşaltmağa ehtiyac yoxdur, çünki elektrik enerjisi çatışmazlığı 20% təşkil edir.