Avropa İttifaqı Ukraynaya hərbi yardımı 2 milyard avro artıracaq 9-12-2022, 09:29 Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi üçün nəzərdə tutulan fondun vəsaitini ən azı 2 milyard avro artıracaq.APA xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.Hazırda fondda 2021-2027-ci illəri əhatə edən hərbi yardımın büdcəsi 6 milyard avrodur.Buradan təkcə Ukraynaya deyil, digər ölkələrə də silah tədarükü maliyyələşdirilir.Ümumi məbləğin ən azı yarısı Kiyev üçün saxlanılır.Lakin Aİ ölkələri bunun kifayət etmədiyi qənaətindədir. Facebook-da paylaş