ABŞ-ın aşağı palatası gələn il üçün 858 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib

9-12-2022, 09:38           
ABŞ-ın aşağı palatası gələn il üçün 858 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayıb - Red) müdafiə büdcəsi layihəsini 858 milyard dollar həcmində təsdiqləyib.

“Report” xəbər verir ki, təşəbbüs artıq onu təsdiqləmək üçün kifayət qədər səs toplayıb.

Müdafiə büdcəsi layihəsi Konqresin hər iki palatasının müvafiq komitələri tərəfindən razılaşdırılıb.

Təşəbbüs, digər məsələlərlə yanaşı, Ukraynaya təhlükəsizlik sahəsində azı 800 milyon dollar yardım və Rusiyaya qarşı Avropada yönəlmiş təşəbbüs üçün 6 milyard dollar ayırmağı nəzərdə tutur.

Sənədə əsasən Rusiya ilə qızılla bağlı əməliyyatlara görə sanksiyalar tətbiq ediləcək, hərbi sahədə əməkdaşlığa qoyulan qadağa daha beş il müddətinə uzadılacaq və raketdən müdafiə sistemləri ilə bağlı məlumat mübadiləsinə qadağa qoyulacaq.

Bundan başqa, rəsmi Vaşinqton Rusiya Federasiyası nümayəndələrinin "G 20" və digər beynəlxalq təşkilatların tədbirlərində iştirakına mane olmaq niyyətindədir.

Büdcə layihəsi indi Senatda səsverməyə çıxarılacaq. Təşəbbüs Konqresin yuxarı palatası tərəfindən təsdiqlənərsə, imza üçün prezident Cozef Baydenə təqdim ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru