PUTİN İÇKİLİ HALDA KAMERALAR QARŞISINA KEÇDİ – “Bəs bunu kim başlatdı?...” (VİDEO)

10-12-2022, 00:11           
PUTİN İÇKİLİ HALDA KAMERALAR QARŞISINA KEÇDİ –
“Qonşu ölkənin enerji infrastrukturuna zərbələrimizlə bağlı çox səs-küy var. Bəli, biz bunu edirik. Bəs bunu kim başlatdı?...”

Britaniya mətbuatı xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ötən gün Kreml sarayında baş tutan mükafatlandırma mərasimində deyib.

Putin elan edib ki, qlobal tənqid Rusiyanın döyüş missiyalarına mane olmayacaq.

O, bu addımını Kiyevi Krım körpüsünə hücum, Kursk AES-dən gələn elektrik xətlərini partlatmaqda və Ukraynanın şərqindəki Donetskə su verməməkdə ittiham etməklə əsaslandırıb.

“Bir milyondan çox əhalisi olan şəhərə su verilməməsi soyqırım aktıdır”, - Putin bildirib.

Qeyd edək ki, videoda Putinin içkili olduğu görünür. Əlində içki bardağı tutan diktator bədənini yellədə-yellədə danışır və danışığında dağınıqlıq müşahidə edilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru