ABŞ bu ölkəyə hərbi baza yerləşdirəcək

10-12-2022, 12:24           
ABŞ bu ölkəyə hərbi baza yerləşdirəcək
ABŞ Latviyanın müdafiə qabiliyyətinin gücləndirilməsi çərçivəsində ölkəyə artilleriya və aviasiya birləşmələri yerləşdirəcək.

Axar.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ Baltikyanı ölkələrdə hərbi mövcudluğu gücləndirməyə dair planını təsdiqləyib. Bu planda Amerika əsgərlərinin və hərbi texnikasının Latviyada fasiləsiz olaraq rotasiya əsasında olmasını nəzərdə tutur.”, - məlumatda deyilir.

Bildirilir ki, ortamüddətli perspektivdə ABŞ öz bölmələrini Adajio və Lielvardedəki hərbi bazalarda yerləşdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru