Rusiyada azərbaycanlıların saxta nikahları

16-06-2016, 10:08           

Onlar ölkədə qeydiyyata düşmək üçün bu yola əl atıblar.

Azərbaycanlılar Rusiyada qeydiyyata düşmək üçün qızlarla müvəqqəti nikaha girirlər. ANS PRESS-in məlumatına görə, hadisə Ulyanovsk vilayətində baş verib.

Ulyanovskda yoxlamalar zamanı məlum olub ki, miqrasiya qanunvericiliyinin tələblərinə əməl edilməsində bir sıra qanun pozuntuları aşkar ediblər. İki Azərbaycan vətəndaşı Rusiya Federasiyası ərazisində müvəqqəti yaşamaq üçün saxta nikah bağlayıblar.

Həmyerlilərimiz bu imkanı Ulyanovsk vilayətinin Dimitrovqrad şəhəri üzrə VVAQ idarəsinin şöbəsində qeydiyyatdan keçdikdən sonra alıblar. Onlar həmin şəhərin iki xanımı ilə saxta nikaha giriblər.

Rayon prokurorluğu aşkar edib ki, nikaha girənlər nə əvvəl, nə də sonra bir yerdə yaşamayıblar. Ümumiyyətlə, onları bir-birinə heç nə bağlamır, bu nikahdan heç onların övladları da yoxdur.

Aşkar edilmiş "pozuntularla" əlaqədar, Ulyanovsk Vilayətinin Melekessov rayon prokuroru məhkəməyə rus qızları və Azərbaycan oğlanları arasında etibarsız nikahlarla bağlı iddia ərizəsi göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru