Böyük Britaniya parlamentinin deputatı qətlə yetirilib

17-06-2016, 10:13           
Böyük Britaniya parlamentinin deputatı qətlə yetirilib
Böyük Britaniya Leyboristlər Partiyasından seçilmiş parlament deputatı, 41 yaşlı iki uşaq anası Co Koks qətlə yetirilib.
Koks ötən gün Birstall şəhərində hücuma məruz qalıb. Naməlum şəxs qadına azı iki dəfə atəş açıb, sonra isə bıçaqla bir neçə zərbə endirib. Yaralı deputat helikopterlə xəstəxanaya çatdırılıb, lakin həkimlər onu xilas edə bilməyib.
İnsident zamanı həmçinin 77 yaşlı kişi yaralanıb, lakin onun həyatı üçün təhlükə yoxdur.
Hücum şəhər kitabxanasının yaxınlığında, Koksun seçicilərlə görüş keçirdiyi zaman, onlarla şahidin gözü qarşısında törədilib.
Qətli törətməkdə şübhəli bilinən 52 yaşlı kişi Tommi Meyr saxlanılıb.
Qətlin motivləri hələlik bəlli deyil. Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru