İsveçrədə inanılmaz həqarət: müsəlman qızlar pasport almaq üçün hovuza girməlidir

29-06-2016, 09:50           
İsveçrədə inanılmaz həqarət: müsəlman qızlar pasport almaq üçün hovuza girməlidir
İsveçrənin Bazel-Land kantonunun hakimiyyəti üzgüçülük dərslərinə gəlməyən müsəlman qızlara vətəndaşlıq verməkdən imtina edib. Publika.az xəbər verir ki, bu haqda “The Local” nəşri yazıb.
Məlumata görə, söhbət 12 və 14 yaşlı iki bacıdan gedir. Onlar dini qaydaları əsas gətirərək məktəbin hovuzunda üzməkdən imtina ediblər. Bundan sonra onların pasport almaq üçün etdiyi müraciət rədd edilib.
Vətəndaşlığa götürülmə üzrə komitənin başçısı Stefan Verlenin sözlərinə görə, konfederasiyanın vətəndaşlığını almağı arzu edən cavan insanlar İsveçrə maarifləndirici sistemin bütün tələblərinə cavab verdiyini sübut etməlidirlər.
“Çünki üzgüçülük dərsləri məcburidir. Onların dərslərə gəlməməsi onu bildirir ki, şagird bu tələblərə uyğun deyil. Onlar qanunu pozurlar, buna görə də vətəndaşlıq hüquqlarından məhrum olurlar”, – Verle bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru