Forbes: İlon Mask dünyanın ən zəngin adamları siyahısına başçılıq edir

25-07-2023, 11:34           
Forbes: İlon Mask dünyanın ən zəngin adamları siyahısına başçılıq edir
"Tesla"nın qurucusu və "Twitter"in sahibi İlon Mask "Forbes" jurnalının dünyanın ən varlı adamları reytinqində birinci yerə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə məlumat nəşrin saytında yerləşdirilib.

Maskın sərvəti 4,2 milyard ABŞ dolları artıb və hazırda 240,7 milyard ABŞ dolları qiymətləndirilir.

"Louis Vuitton Moet Hennessy" şirkətlər qrupunun prezidenti Bernard Arnault ikinci yerdə qərarlaşıb, onun sərvəti 234,6 milyard ABŞ dollarıdır.

İlk beşlikdə "Amazon" korporasiyasının qurucusu Ceff Bezos, "Oracle" korporasiyasının təsisçilərindən biri, amerikalı Larri Ellison, "Microsoft"un qurucusu Bill Qeytsin adları var .

"Meta" korporasiyasının rəhbəri Mark Zukerberq siyahıda səkkizinci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru