“Bizim Gürcüstanda çevriliş planımız yoxdur” – Kiyevdən Tiflisə cavab

19-09-2023, 08:56           
“Bizim Gürcüstanda çevriliş planımız yoxdur” –
Gürcüstan hakimiyyəti öz daxili siyasi problemlərini həll etmək üçün növbəti dəfə Ukraynanı ictimaiyyətinin gözündə “şeytanlaşdımağa” çalışır.

“AzPolitika.info” “Ukrainskaya Pravda”ya istinadla xəbər verir ki, bunu Ukrayna XİN-in sözçüsü Oleq Nikolenko bildirib.

O qeyd edib ki guya Ukrayna ilə əlaqəli şəxslərin Gürcüstanda çevriliş və iğtişaşlar planı hazırlaması ilə bağlı Gürcüstan DTX-nin açıqlaması Kiyevin diqqətini çəkib.

Nazirlik sözçüsü bildirib ki, rəsmi Tiflisin bu bəyanatı həqiqətə uyğun deyil. “Biz Gürcüstanın daxili işlərinə qarışmamışıq, qarışmırıq və qarışmağı da düşünmürük. Gürcüstan hakimiyyəti öz daxili siyasi problemlərini həll etmək üçün növbəti dəfə Ukraynanı ictimaiyyətinin gözündə “şeytanlaşdımağa” çalışır”, - deyə Nikolenko vurğulayıb.

Xatırladaq ki, bu gün Gürcüstan DTX-nin yaydığı bəyanatına görə, Ukrayna ilə əlaqəli bir qrup şəxs oktyabr-dekabr ayları üçün Gürcüstanda iğtişaşlar planı qurub və sözügedən iğtişaşlar planında yekun məqsəd Gürcüstanda hakimiyyəti zorla devirməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru