Almaniya Ukraynaya yeni yardım paketini açıqladı

19-09-2023, 07:24           
Almaniya Ukraynaya yeni yardım paketini açıqladı
Almaniya Ukrayna üçün 400 milyon avro dəyərində yeni yardım paketi hazırlayır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Almaniyanın müdafiə naziri Boris Pistorius “Bild”ə bildirib.

Onun sözlərinə görə, Almaniya hakimiyyəti Ukraynaya əlavə olaraq yeni yardım paketi çərçivəsində 400 milyon avro dəyərində sursat - partlayıcı və minaatan mərmiləri, həmçinin mina əleyhinə raketlər verəcək.

“Çünki sursat Ukraynanın ən çox ehtiyacı olan şeydir”, - deyə nazir qeyd edib.

Pistorius vurğulayıb ki, Berlin Kiyevə zirehli maşınlar, minalardan təmizləmə sistemləri, isti geyimlər, elektrik generatorları və istilik sistemləri də ötürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru